Stolüstü tennisçilərimiz Avropa çempionatına gedir

stolustu-tenniscilerimiz-avropa-cempionatina-gedir
Oxunma sayı: 740

Sabah 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycanı iki idmançı təmsil edəcək.

Söhbət Zemfira Mikayılova ilə Ləman Abdulhəmidovadan gedir. Onlar milli komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə yarışda mübarizə aparacaqlar. Qeyd edək ki, seçmə komandamız ilk dəfə bu çempionata qatılır. Zemfira Mikayılova ilə Ləman Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələnib. Skopye sınaqlarına yanvarın 28-də yekun vurulacaq.