Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.
Qəza “Nasosnu” adlanan ərazidə qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir məhəccərə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü Sənan adlı şəxs ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Məlumata görə, onun bir ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, 10.08.2025-ci il tarixində saat 04:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Quba-Rusiya Federasiyası avtomagistralının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2003-cü il təvəllüdlü şəxsə (kişi cinsli) zəruri tibbi xidmət göstərilib və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Ona baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı diaqnozu təyin olunub və amputasiya edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər