Tahir İmanovun ailə qurduğu xanımın - Fotoları

tahir-imanovun-aile-qurdugu-xanimin
Oxunma sayı: 30611

Ötən gün "JW Marriott Absheron" otelində əməkdar artist Tahir İmanovun toyu baş tutub.

”Qafqazinfo”nun axşam.az-a istinadən verdiyi məlumata görə, aktyorun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır.

Nigar 1991-ci il sentyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə "Best Model Azerbaijan" müsabiqəsində "Miss Grace" nominasiyasına layiq görülüb. 2010-cu ildə “Best Model Azerbaijan” müsabiqəsində 2-ci yerə çıxıb və “Miss Xəzər” nominasiyasını qazanıb. 2011-ci ildə "Qaranlıqlar çiçəyi" filmində çəkilib.

Toy mərasiminə ölkə başçısı İlham Əliyevin qızı Leyla Əliyeva, müğənni Emin Ağalarov və bir çox tanınmış simalar qatılıblar.

Məclisi müğənnni Elton Hüseynəliyev idarə edib.

Qeyd: Toydan fotolar baku.ws saytına məxsusdur.

Allah xoşbəxt etsin!