“Taliban” Prezident sarayını ələ keçirdi

taliban-prezident-sarayini-ele-kecirdi
Oxunma sayı: 8769

"Taliban" Əfqanıstanın paytaxtı Kabildə Prezident sarayını ələ keçirib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu gecə ölkədə iqtidarın dəyişəcəyi bildirilir.

"Taliban" Prezident sarayında ilk iclasını da keçirib. Məlumata görə, güc nazirlikləri inzibati binalarını boşaldıb. "Taliban"ın sözcüsü Zabihullah Mücahitin sözlərinə görə, hökumət qüvvələrinin Kabildən ayrılmasından sonra inzibati binalarda da nəzarət ələ keçirilib.

Onun sözlərinə görə, mülki insanların evinə heç kim daxil olmayacaq. O, təhlükəsizlik tədbirlərinin alıncağını bildirib.

Qeyd edək ki, ölkə prezidenti Əşrəf Qaninin Əfqanıstanı tərk edərək Tacikistana üz tutduğu bildirilir.