Hələ yayımlanmağa başlamayan “Zeynəb” serialının baş qəhrəmanı Rumiyyə Ağayeva maaşını ala bilmədiyini deyir.
“Qafqazinfo” xəbər verir ki, tanınmış aktrisa baş prodüser Kamran Cəfərov və layihəni ərsəyə gətirən “Baku Sky Company”dən şikayətçidir.
R. Ağayevanın sözlərinə görə, maaşları fevral ayından bu yana verilmir. O, Xəzər TV-də yayımlanacaq serialın bütün heyətinə pul verilmədiyini qeyd edib:

“Fevral ayından mən və “Zeynəb” serialının bütün heyəti, prodakşn tərəfindən bir qəpiklik təşkil edə bilmədiyi çəkiliş meydançasında gecəsini gündüzünə qataraq, öz halal zəhmətimizlə qazandığımız maaşımızı ala bilmirik! Bu işimizi də bitirə bilmirik, onları gözləyə- gözləyə nə qədər işlərdən qalmışıq”.
Mövzu ilə qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, sözügedən prodakşnla əlaqə yaratmaq mümkün olmayıb.
Qeyd edək ki, ekran işində Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Vəfa Zeynallı və başqa tanınmış simalar yer alıb.
Elvin Elxan



Son xəbərlər
Son Xəbərlər