Tanınmış jurnalistə nazirliyin bu qurumlarında vəzifə verildi - Yenilənib

taninmis-jurnaliste-nazirliyin-bu-qurumlarinda-vezife-verildi
Oxunma sayı: 8254

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifə tanınmış jurnalist Vüsalə Eyyubqızına həvalə edilib.

Qeyd edək ki, jurnalist bundan əvvəl İctimai TV-də çalışıb.

***

Vüsalə Səid Eyyubqızı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsal inkişaf sahəsi istiqamətində “AzInTelekom” MMC, Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr üzre meneceri olaraq çalışacaq.

O, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:

"Yeni işimdə vəzifəm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 3 qurumunun ictimaiyyətlə əlaqələrinin qurulmasına köməklik etməkdir. Bu qurumlara "AzInTelekom" MMC, Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi daxildir".