“Tarqovu”da kanalizasiyada partlayış oldu - Video+Foto

tarqovuda-kanalizasiyada-partlayis-oldu
Oxunma sayı: 10777

Bakının mərkəzində kanalizasiyada partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, partlayış “Tarqovu” kimi tanınan Nizami küçəsində baş verib.

Belə ki, küçədə kanalizasiya quyularından birinin dəmir qapağı ataraq kənara sıçrayıb. Daha sonra kanalizasiya quyusu yanmağa başlayıb. Quyunun yaxınlığındakı binada işıqlar sönüb. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub. Dərhal ərazi boşaldılıb və insanların həmin hissəyə girişi qadağan edilib.

İlkin ehtimala görə, hadisəyə səbəb quyuya qaz yığılması olub.

Ətraflı məlumat veriləcək.

Amin Nəzərli