Təhsil Nazirliyindən bağçadakı bu görüntülərə reaksiya - Fotolar

tehsil-nazirliyinden-bagcadaki-bu-goruntulere-reaksiya
Oxunma sayı: 10738

Sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz qida verilməsi ilə bağlı fotolar paylaşılıb. İddia olunub ki, körpələrə günorta və axşam yeməyində yalnız hissələrə bölünmüş peçenye və çörək verilir, buna görə də uşaqlar aclıqdan ağlayırlar.

“Qafqazinfo” xəbər verir ki, məsələyə Təhsil Nazirliyindən münasibət bildirilib.

Xəbəri rus dilində oxuyun: Скоропостижно скончался брат шехида Отечественной войны - Фото

Nazirliyin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, hazırda məsələ araşdırılır.

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.