Tələbə özünü xəstəxananın 4-cü mərtəbəsindən atdı - Foto

telebe-ozunu-xestexananin-4-cu-mertebesinden-atdi
Oxunma sayı: 6086

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü 4-cü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.

Həmçinin oxuyun: Ещё одно новшество в “e-Tabib”!

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.

G. Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir.

Nizam Rza