Tokayev Trampa zəng etdi

tokayev-trampa-zeng-etdi
Oxunma sayı: 1106

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, Tokayev Trampı prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Siyasətçilər ticarət, sərmayə və nüvə silahlarının yayılmaması sahəsində strateji tərəfdaşlığın intensiv inkişafına qarşılıqlı sadiqliyi təsdiqləyiblər.

Qeyd olunur ki, Tokayev və Tramp ikitərəfli əməkdaşlığın yüksək dinamikasını saxlamaq üçün müntəzəm təmaslar barədə razılığa gəliblər.