“Tokio-2020” tamaşaçısız keçirilə bilər

tokio-2020-tamasacisiz-kecirile-biler
Oxunma sayı: 1488

"Tokio-2020" Yay Olimpiya Oyunları koronavirusla bağlı vəziyyətə görə tamaşaçısız keçirilə bilər.

“Qafqazinfo” “The Daily Mail” qazetinə istinadən xəbər verir ki, olimpiadanın yalnız televiziyada nümayiş olunması bir ehtimal kimi nəzərdən keçirilir.

Daha öncə oyunların Təşkilat Komitəsi Baş direktorunun müavini Katsura Enyo koronavirus səbəbindən olimpiada ilə bağlı planlara heç bir dəyişiklik edilməyəcəyini bildirmişdi.

Qeyd edək ki, hazırda Yaponiyada koronavirusa 961 yoluxma faktı aşkarlanıb. Ölümlə nəticələn hallar isə 12-yə çatıb.