Tovuzda hamilə qadın telefonla danışarkən öldü - İki uşağı var idi

tovuzda-hamile-qadin-telefonla-danisarken-oldu
Oxunma sayı: 9272

Tovuzda ölüm fakt qeydə alınıb.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bu gün rayonun Əyyublu kənd sakini 1992-ci il təvəllüdlü Aytən İsmayılova Tovuz rayon Mərkəzi rayon xəstəxanasına aparılıb.

Müayinə zamanı onun öldüyü məlum olub. Yaxınları A. İsmayılovanın telefonla danışdığı yerdə dünyasını dəyişdiyini bildiriblər.

Məlumata görə, Aytən İsmayılova iki övlad anası olub. O, 3-cü övlada 6 aylıq hamilə olub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.