Türkiyə Belçikanın məşhur modeli Marisa Papenin həbs edilməsi barədə qərar verib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb modelin Ayasofya muzeyində çarşabını qaldıraraq foto çəkdirməsi və Kapadokyada Türkiyə bayrağı üzərində uzanaraq çılpaq poza verməsidir. O, eyni zamanda İstanbulun digər tarixi ərazilərində də həmin formalarda şəkil çəkdirib.

Model 2018-ci ildə İstanbul Baş Prokurorluğu tərəfindən ona qarşı açılan cinayət işində dövlətin mədəni irsini aşağılamaqda ittiham olunub.
Qeyd edək ki, Papen Misir və Qüdsdə də eyni addımlarına görə məhkəməyə verilmişdi.



Son xəbərlər
Son Xəbərlər