“Türkiyə Azərbaycanın yanındadır!” - Ərdoğanın sözçüsü

turkiye-azerbaycanin-yanindadir
Oxunma sayı: 8097

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın Ermənistanın Azərbaycanda qarşı təxribatını qınayıb. 

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, o, “Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanındadır”, deyərək ölkəmizə dəstək olub. 

Sosial media hesabından açıqlama verən Qalın “Ermənistanın Azərbaycana hücumunu şiddətlə qınayırıq. Onlar mülki əhalinin yerləşdiyi ərazilərə hücum edərək bir daha sülh və sabitliyə qarşı olduğunu göstərib. 

Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribata dərhal "dur!" deməlidir. Hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan yalnız deyil. Türkiyənin tam dəstəyinə sahibdir”, - deyə bildirib.