Türkiyə təhsil naziri Bakıya gələcək

turkiye-tehsil-naziri-bakiya-gelecek
Oxunma sayı: 1496

Türkiyə təhsil naziri Ziya Selçukun Azərbaycana səfəri gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər yaxın zamanda baş tutacaq və hazırda bununla bağlı hazırlıq işləri aparılır.

“Səfər zamanı Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq başda olmaqla, tələbə mübadiləsinin artırılması məsələləri də müzakirə olunacaq”- deyə açıqlamada qeyd olunub.