Türkiyədə 1 ailənin 7 üzvü qətlə yetirildi, evləri yandırıldı

turkiyede-1-ailenin-7-uzvu-qetle-yetirildi-evleri-yandirildi
Oxunma sayı: 4500

Konyanın Meram rayonunda evlərdən birinə silahlı basqın olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bir ailənin 7 üzvü – Yaşar, Barış, Serpil, Serap, İpək, Mətin və Sibel Dədəoğlu qətlə yetirilib. Cinayətdən sonra ailənin yaşadığı ev yandırılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürdükdən sonra evdə 7 nəfərin cəsədi ilə qarşılaşıblar.

Cinayəti törədən şəxs və şəxslər axtarılır.