UEFA İtaliyanın məşhur futbol klubu “Yuventus” barəsində maliyyə qaydalarının pozulması ehtimalı ilə bağlı istintaqa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bildirilib ki, klub bu ilin sentyabr ayında 2022-2025-ci illər dövrünü əhatə edən araşdırmanın başladılması barədə UEFA-dan rəsmi bildiriş alıb. İstintaqın nəticələri və yekun qərarın 2026-cı ilin yazında açıqlanacağı gözlənilir. Əgər “Yuventus”un qaydaları pozduğu təsdiqlənsə, klub maliyyə sanksiyaları və digər cəzalara məruz qala bilər.
Xatırladaq ki, Turin təmsilçisi 2023-cü ildə də oxşar maliyyə pozuntularına görə 20 milyon avro məbləğində cərimələnmişdi və müəyyən idman sanksiyalarına məruz qalmışdı.
Son xəbərlər
Son Xəbərlər