Ukrayna Gürcüstana verdiyi “Buk” komplekslərini geri istəyir

ukrayna-gurcustana-verdiyi-buk-komplekslerini-geri-isteyir
Oxunma sayı: 4046

Ukrayna Gürcüstandan 2008-ci ildə Tbilisiyə verdiyi “Buk” raket sistemlərini geri qaytarmasını istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun Ukrayna mətbuatında dərc edilən məqaləsində bildirilib.

Onun sözlərinə görə, Ukraynanın müraciətinə ABŞ-nin Gürcüstana verdiyi “Javelin” tank əleyhinə kompleksləri də daxil olub.

“Gürcüstan hökumətinin Ukraynaya hərbi yardım göstərməkdən qəti olaraq imtina etməsinə baxmayaraq, Ukrayna bu məsələnin daxili-siyasi mübahisələrdə istifadə edilməsinin əleyhinədir və Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək cəhdlərii ilə bağlı istənilən ittihamları rədd edir”, - deyə Kasyanov qeyd edib.