Ukrayna “Moskva” kreyserini vurdu

ukrayna-moskva-kreyserini-vurdu
Oxunma sayı: 6580

Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə teleqramda Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko məlumat paylaşıb.

"Moskva" kreyserinin bu gün Zmeynıy adasında sərhədçilərimiz tərəfindən göndərildiyi yerə getdiyi təsdiqlənib. Qara dənizi qoruyan "Neptun" raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurub", - Marçenko bildirib.

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç də Rusiya donanmasının flaqmanında baş verən yanğınla bağlı məlumat verib.

Onun sözlərinə görə, “Moskva”da 510 ekipaj üzvü var və yanğının aradan qaldırılması fırtına ilə çətinləşib. O, həmçinin, bunun Zmeynıy adasının müdafiəçilərinin təslim olmasını tələb edən “döyüş gəmisi” olduğunu təsdiqləyib.

Xatırladaq ki, "Moskva" kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsidir.

Həmçinin oxuyun: “Atam anamı gözlərimin önündə bıçaqla öldürdü” - 10 yaşlı uşaq