Ukrayna ordusunun sayı artırılır - Yenilənib

ukrayna-ordusunun-sayi-artirilir
Oxunma sayı: 2294

Ukrayna Silahlı Qüvvələrinin sayı üç il ərzində 100 min nəfər artırılacaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, ölkə Prezidenti Vladimir Zelenski bununla bağlı sərəncam imzalayıb.

Həmçinin sərəncama əsasən, hərbi qulluqçuların maaşı artırılacaq, onlar üçün mənzil proqramı genişləndiriləcək.

Bununla yanaşı, müqavilə əsasında xidmət edən hərbçilərin xidmət müddəti artırılacaq və daha 20 briqada yaradılacaq.

Sərəncamda peşəkar orduya keçid də nəzərdə tutulur.

***

V. Zelenskinin digər bir sərəncamına əsasən, Ukraynada 2024-cü il yanvarın 1-dən məcburi hərbi xidmətə çağırış ləğv olunacaq.