Ukrayna Türkiyədən qırıcı təyyarə almaq istəyir

ukrayna-turkiyeden-qirici-teyyare-almaq-isteyir
Oxunma sayı: 2229

“Ukrayna Türkiyədən beşinci nəsil “KAAN” qırıcı təyyarələri almaq niyyətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar “CNN Türk”ün efirində deyib. 

“Biz nəinki bu qırıcıları alacağıq, biz onları istifadə də edəcəyik”, - deyə səfir qeyd edib. 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri sözügedən təyyarələri harada tətbiq edəcəklərini bilirlər.