Ukraynalı diplomatdan Tofiq Yaqubluya cavab - Video

ukraynali-diplomatdan-tofiq-yaqubluya-cavab
Oxunma sayı: 8107

Xəbər verdiyimiz kimi, dünən Bakıda Ukrayna səfirliyinin qarşısında dəstək aksiyası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, aksiyada iştirak edən Milli Şuranın üzvü Tofiq Yaqublunun Azərbaycan hökuməti ilə bağlı dediyi sözlərə ukraynalı diplomat belə cavab verib:

“Biz bütün Azərbaycan xalqına, Azərbaycan Prezidenti İlham Əliyevə onun bu münasibətinə, dəstəyinə görə minnətdarıq. Bir daha demək istəyirəm ki, Prezident Zelenski birbaşa söylədi ki, Azərbaycan Respublikasının köməyi sözdə deyil, əməldədir. Biz Azərbaycan xalqının Prezident İlham Əliyevə dəstəkdə birliyini görürük. 

Biz çox şadıq ki, işğal olunmuş torpaqların azad edilməsində Azərbaycanın yanında olmuşuq. Biz bütün Azərbaycana, hökumətə, Prezidentə - bütün azərbaycanlılara təşəkkür edirik. Bütün Azərbaycan xalqının öz Prezidenti, hökuməti ətrafında birliyinin şahidi olmuşuq. Hazırda bu nümunəni Ukraynada görürük”.