Ukraynalı müğənni ermənilərə dəstək oldu, Bakı konserti ləğv edildi

ukraynali-mugenni-ermenilere-destek-oldu-baki-konserti-legv-edildi
Oxunma sayı: 13459

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da başa tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

Şirkət “Qafqazinfo”ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.

***

Daha sonra Maks Barskix sözügedən paylaşımını silib.