Ukraynalılar silahlı rus əsgərlərinə belə etiraz edirlər - Video

ukraynalilar-silahli-rus-esgerlerine-bele-etiraz-edirler
Oxunma sayı: 6014

Xəbər verdiyimiz kimi, Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin Berdyansk və Enerqador şəhərlərinə tam nəzarəti ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi Tvitter hesabı Berdyansk şəhərindən video paylaşıb.

Görüntüdə ukraynalılar əli silahlı rus hərbçilərinin qarşısında etiraz aksiyası keçirirlər. Onlar, “evinizə gedin” şüarları səsləndirirlər.