ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bu gün Ukraynaya səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna KİV yayıb.
Bildirilib ki, onun səfəri bir həftə davam edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski tapşırıq verib ki, Kelloqa Rusiya qüvvələri və Ukraynanın perspektivləri barədə məlumat təqdim edilsin.
Xatırladaq ki, iyulun 9-da Kelloqla Zelenski Romada görüşüb.
Son xəbərlər
Son Xəbərlər