Uşaq qidasından həşərat çıxıb? - Video-Yenilənib

usaq-qidasindan-heserat-cixib
Oxunma sayı: 2137

Uşaqlar üçün nəzərdə tutulmuş “Humana” qidasının içindən həşərat çıxdığı iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib. 

O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılacaq.

Həmin görüntüləri təqdim edirik:

***

“Baku Kids Company” MMC-dən məsələ ilə bağlı bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir.

“Vakumla paketlənmiş məhsulun daxilində hər hansı canlı orqanizmin yaranması və ya inkişaf etməsi təbiət baxımdan mümkün deyil. Eyni zamanda, təqdim olunan videomaterialda qablaşdırmanın açılma anı əks olunmur və bu, məhsulun əvvəlcədən istifadə edilmiş ola biləcəyini göstərir.

Diqqətinizə çatdırırıq ki, süd tərkibli məhsulların xüsusiyyətləri nəzərə alındıqda, hər hansı xarici təsir və ya keyfiyyət pozuntusu baş verdiyi halda məhsulun strukturunda – rəng və konsistensiyada dəyişikliklər müşahidə olunmalıdır. Yayılan videomaterialda isə bu cür əlamətlər qeydə alınmır.

Məhsulun üzərindəki son istifadə tarixinin dəyişdirilməsi ilə bağlı səsləndirilən iddiaların isə heç bir əsası yoxdur və bu cür müdaxilə istehsal və təchizat zəncirində həm texniki, həm də normativ tələblər baxımından istisna edilir”, - deyə şirkətdən əlavə edilib.