“Valensiya”nın sabiq futbolçusu İspaniyadakı daşqınlarda öldü

valensiyanin-sabiq-futbolcusu-ispaniyadaki-dasqinlarda-oldu
Oxunma sayı: 1539

İspaniyanın “Valensiya” klubunun sabiq futbolçusu Xose Kastilexo 28 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu ölkədə baş verən şiddətli daşqınların qurbanı olub. 

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu 2020-ci ildə ayrıldığı “Vilamarxant” olub. X.Kastilexo “Valensiya”nın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib.