Vətən müharibəsi şəhidinin anası vəfat etdi - Foto

veten-muharibesi-sehidinin-anasi-vefat-etdi
Oxunma sayı: 1530

Vətən müharibəsi şəhidi Elvin Ağakərimovun anası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhid anası Xədicə Ağakərimova yaşadığı Şamaxı rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü E.Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-si Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra bir neçə medalla təltif edilib.