Xalq artisti vəfat etdi

xalq-artisti-vefat-etdi
Oxunma sayı: 8628

Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor İlham Əsədov sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, 75 yaşlı Vaqif Əsədov 1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan  Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Xatırladaq ki, 2020-ci ildə onun oğlu Oqtay Əsədov, 2021-ci ildə isə Ukraynada təhsil alan nəvəsi Emil Əsədov dünyasını dəyişmişdi.