“XalqKart”la “Qatar Airways” aviabiletləri alışında 10% keşbek qazanın

xalqkartla-qatar-airways-aviabiletleri-alisinda-10-kesbek-qazanin
Oxunma sayı: 346

“Xalq Bank” “Qatar Airways” ilə davam edən endirim kampaniyasını daha da genişləndirərək müştərilər üçün əlavə üstünlüklər təqdim edir.

Belə ki, XalqKart PetrolXalqKart Cashback sahibləri 31.03.2026-cı il tarixinədək “Qatar Airways”dən bütün istiqamətlərdə istənilən aviabilet alışı zamanı 10% keşbek və ya petrol bonusu qazanacaqlar. 

Kampaniya barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Müxtəlif loyallıq imkanlarına malik “XalqKart” kartının hazırda onlayn və pulsuz sifarişi mümkündür. Bundan əlavə, eyni tarixədək “Xalq Bankın” istənilən ödəniş kartı ilə seçilmiş istiqamətlər üzrə “Qatar Airways” aviabiletləri 5%-dək endirimlə təqdim olunur. 

Endirimdən yararlanmaq üçün müştərilər səhifəyə daxil olaraq uçuş istiqamətlərini seçərək müvafiq endirimlə tanış ola və ödənişi “Xalq Bank” kartı ilə apara bilərlər. QRXALQ25 promokodu səhifəyə avtomatik bərkidilmişdir.

Hər iki kampaniya 31.03.2026-cı il tarixədək davam edəcək. Endirimlə əldə edilmiş aviabiletlərin səyahət dövrü isə 31.05.2026-cı il tarixədəkdir.

“Xalq Bankın” məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.