Ə. Həsənov qeyd edib ki, həmin gənclərin sayı çox olmasa da, şəhərin mərkəzində keçirməyə cəhd elədikləri flaşmoblarla rəzillik göstəriblər: “Onlar Azərbaycanın musiqi mədəniyyətini təbliğ etməkdənsə, xaricdən gələn turistləri taksiyə oturdub, şəhərin kənarındakı müəyyən çatışmazlıqları göstərməyi özlərinə yaraşdırıblar”.
Ə. Həsənov həmçinin sağlam gəncliyi radikal gənclərin qarşısında dayanmağa, onların apardığı antitəbliğata cavab verməyə çağırıb: “Ölkədəki sağlam gənclik dövlətin, millətin təəssübünü çəkməlidir. Əgər sosial şəbəkələrdə, mitinqlərdə bir qrup qarşı tərəfdən olan az saylı, ancaq fəal gənclər iştirak edirsə, onlara qarşı sağlam gənclik dayanmalıdır. Sağlam gənclik onların tərbiyəsi ilə məşğul olmalıdır.
Onları tədbirlərinizə dəvət edin, təcrid etməyin, əksinə, qoy gəlib görsünlər, fikir mübadiləsi aparın və gəncliyin missiyasını, rolunu başa salın. Azərbaycan gəncliyi beş-on yolunu azmış gəncin öhdəsindən gələ, Azərbaycan beynəlxalq aləmdə layiqincə təmsil edə bilər”.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər