XİN-dən İsfəndiyar Vahabzadənin fikirlərinə reaksiya

xin-den-isfendiyar-vahabzadenin-fikirlerine-reaksiya
Oxunma sayı: 9134

“İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən İ.Vahabzadənin Rusiya ilə bağlı çıxışı haqda suala cavab olaraq bildirilib. 

“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, - deyə açıqlamada qeyd olunub. 

Qeyd edək ki, Azərbaycanın Belarusdakı keçmiş səfiri İ.Vahabzadə yutub hesabında Rusiya ilə bağlı müzakirələrə səbəb olan çıxış yayımlayıb.