Xırdalanda güclü partlayış - Foto+Video

xirdalanda-guclu-partlayis
Oxunma sayı: 12216

Abşeron rayonu, Xırdalan şəhərində evdə partalayış olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəz hissəsində baş verib. 

Partlayışdan sonra evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

FHN-dən bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Axtarış xilasetmə işləri davam edir.