Xırdalanda saqqız adı ilə uşaqlara nə satılır?

xirdalanda-saqqiz-adi-ile-usaqlara-ne-satilir
Oxunma sayı: 6724

Sosial şəbəkələrdə Xırdalan ərazisində yerləşən AAAF Park yaşayış kompleksində uşaqlara “konfet, saqqız” adı ilə müxtəlif tabletlərin təklif edilməsi haqda iddia yayılıb. Məlumata görə, hadisə kompleksin 11 saylı küçəsində, blok girişləri tərəfdə, ötən gün axşam saatlarında qeydə alınıb. 

Həmin anın kamera görüntüləri paylaşıma əlavə edilsə də, bildirilir ki, 14-15 yaşlarında olan həmin uşaqların üzü kameraya düşməyib. İddiada uşaqların təlaşla valideynlərinə zəng edərək məsələni onların diqqətinə çatdırdığı vurğulanır.

“Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. DİN-dən bildirilib ki, sosial şəbəkələrdə paylaşılan iddialar artıq nazirliyin nəzarətinə götürülüb. Faktla bağlı müvafiq araşdırmalar aparılır. 

Günel Türksoy