Yanan ikimərtəbəli ev keçmiş deputata məxsus imiş - Foto

yanan-ikimertebeli-ev-kecmis-deputata-mexsus-imis
Oxunma sayı: 9374

Dünən günorta saatlarında Şəmkirdə yanan ikimərtəbəli evin keçmiş deputat Sona Əliyevaya məxsus olması üzə çıxıb.

"Qafqazinfo" “Qaynarinfo”ya istinadən xəbər verir ki, yanan ev vətəndaş Süleymanov Fuad Taptıq oğlunun adına olsa da, S.Əliyevaya məxsusdur. Belə ki, F.Süleymanov eks-deputatın qayınatasıdır.

Xəbəri rus dilində oxuyun: Владелец NeoKart выиграл автомобиль в лотерее!

Qeyd edək ki, yanğın ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib.

Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub.