YAP dördüncü deputatını itirdi

yap-dorduncu-deputatini-itirdi
Oxunma sayı: 3977


 “Qafqazinfo” xəbər verir ki, bu təyinatdan sonra hakim Yeni Azərbaycan Partiyası bu çağırışda artıq dördüncü deputatını itirmək məcburiyyətində qalıb.  Bildirək ki, bu icraedici orqanda təmsilçiliklə bağlı məlum sərəncamdan sonra avtomatik baş verir. Sonra MSK mandatı ləğv edir.  

Belə ki, Mübariz Qurbanlıdan qabaq YAP-ın icra katibi Əli Əhmədov baş nazirin müavini təyin olunduğu üçün onun deputat səlahiyyətinə xitam verilmişdi. Ə. Əhmədovdan qabaq isə YAP Siyasi Şurasının üzvü Gülər Əhmədova Elşad Abdullayevin barəsində rüşvət videosu yaymasından sonra özü mandatından imtina etmişdi. 

Bir neçə il əvvəl isə deputat Hikmət Atayev avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, YAP üçüncü çağırış Milli Məclisdə 72 deputat yeri qazanıb. Onların dördü yuxarıdan qeyd etdiyimiz səbəbdən artıq millət vəkili deyil.  

Bundan sonra görünən odur ki, YAP-nı parlamentdəki təmsilçiliyinə icra katibinin müavini   Siyavuş Novruz rəhbərlik edəcək. Bununla da, Milli Məclisdə boş qalan deputat yerlərinin sayı dördə çatır.