Yaqub Mahmudov vəzifəsindən azad edildi

yaqub-mahmudov-vezifesinden-azad-edildi
Oxunma sayı: 11163

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

Bu barədə "Qafqazinfo"ya AMEA-nın ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib.

O qeyd edib ki, akademik Y.Mahmudov bu gün  öz ərizəsi ilə işdən azad edilib: "Y. Mahmudov növbəti əmrlə AMEA prezidentinin müşaviri təyin edilib".

Ruzbeh Məmməd