Yaralı Yusif Qurbanov şəhid oldu

yarali-yusif-qurbanov-sehid-oldu
Oxunma sayı: 9693

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi. O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.