“Yemək bişirən kişini kişi kimi qəbul etmirəm”

yemek-bisiren-kisini-kisi-kimi-qebul-etmirem
Oxunma sayı: 6914

Tanınmış aparıcı Vüsalə Kərimova müzakirələrə səbəb olan açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, ARB-nin efirində yayımlanan “Səhər-Səhər” proqramında  ev işlərində xanımlarına kömək edən bəyləri təhqir edib. 

Vüsalə qeyd edib ki, paltar, qab yuyan kişiləri qəbul etmir: “Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Həyatda hər cür insan mövcuddur. Hər kəsin özünəməxsus xarakteri var. Mən o modern kişiləri bəyənmirəm. Onları kişi kimi qəbul etmirəm.

Mən sabah görəcəyim işləri bilirəm və buna görə də, zəhmət çəkib gecə yeməyimi hazırlayıram, işlərimi də görürəm. Yəni, kişi gəlib paltar yuyacaqsa, yemək hazırlayacaqsa... Kişinin kişi, qadının da qadın işi var. Bu, diskriminasiya deyil. Salona da getməyi, uşağıma da quluq etməyi bacarıram”.