Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı “Net" təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.
***
Əfsanə Orucovanın qardaşı Əmrah Seyfullazadə “Qafqazinfo”ya bildirib ki, bacısı özünü öldürmək istəməyib: “Sadəcə bacım gecə su içmək üçün yuxudan oyanıb. “Net”in qabı da suya yaxın yerdə olub. Səhvən su əvəzinə “Net” içib. Hazırda xəstəxanadadır, vəziyyəti yaxşıdır. Bacım yeni ailə qurub, ailəsində də heç bir problem yoxdur”.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər