Yenicə ana olan qadın qəfil vəfat etdi - Yenilənib

yenice-ana-olan-qadin-qefil-vefat-etdi
Oxunma sayı: 9715

Şirvanda gənc qadın qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini Zivər Mirzəyeva ötən gün dünyasını dəyişib.

Onun keçirdiyi cərrahiyyə əməliyyatından sonra vəfat edib.

Qeyd edək ki, 2 il əvvəl ailə həyatı quran qadın yenicə ana olubmuş.

***

TƏBİB Şirvanda əməliyyatdan sonra ölən gənclə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, 2001-ci il təvəllüdlü Zivər Mirzəyeva sentyabrın 5-i, saat 10:00 radələrində Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub: "2 saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub. Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır".