Yevda Abramovla vida mərasimi keçirildi - Fotolar + Video

yevda-abramovla-vida-merasimi-kecirildi
Oxunma sayı: 8970

Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, mərasimdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, millət vəkili Vahid Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xaçmaz və Quba rayonlarının icra başçıları, mərhum deputatın ailə üzvləri və başqaları iştirak ediblər. 

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Yevda Abramovun vəfatı ilə bağlı ünvanladığı məktubu mərasim iştirakçılarına çatdırıb. 

Xatırladaq ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. İki gün əvvəl isə o, müalicəsini davam etdirdiyi Mərkəzi Klinikada vəfat edib. 

Emin Gülağa oğlu