Ağstafa rayonunda Post Patrul Xidməti əməkdaşını yol polisi maşını vurub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 4-ü, səhər saat 06 radələrində baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşı hərəkətdə olarkən yolun kənarında olan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, 1982-ci il təvəllüdlü Fərhad Abdullayevi vurub.
F.Abdullayev hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
BDYPİ-nin sözçüsü Kamran Əliyev “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər