Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, hərəkətdə olan yük avtomobili (“Tır”) DYP avtomobilinə çırpılıb. Nəticədə, yol polisi serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə başından ağır travma alıb.
Yaralı polis əməkdaşı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər