Yoluxanların sayı artdı

yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 9580

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Qafqazinfo"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 795 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, 9733 nəfər vəfat edib, aktiv xəstə sayı 1591 nəfərdir.