“Yoluxma sürətlə artarsa, sərt qapanmaya gediləcək”

yoluxma-suretle-artarsa-sert-qapanmaya-gedilecek
Oxunma sayı: 6546

Prezidentin köməkçisi Şahmar Mövsümov payızda yenidən sərt qapanmaların olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ş. Mövsümov deyib ki, əgər yoluxma sürətlə artarsa, xəstəxanalar dolarsa, sərt qapanmaya gediləcək:

“Əgər epidemioloji vəziyyət pisləşsə, biz qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanma olmadan bunun qarşısını almaq çox çətindir. Amma insanlar kütləvi şəkildə və qısa müddətdə vaksin olunarsa, qapanmaya getməyə ehtiyac qalmayacaq, təşviş də olmayacaq”.

Murad Əhməd