Yusif Mustafayev efirə çıxdığına görə üzr istədi

yusif-mustafayev-efire-cixdigina-gore-uzr-istedi
Oxunma sayı: 7439


Yusif Mustafayev bu gün Xəzər TV-də səhər verilişinə qonaq olmasına aydınlıq gətirib.

 "Qafqazinfo"ya açıqlamasında ifaçı əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:

"Səhər telekanala getdim, əsgərlərimizin şəhid olmasından xəbərsiz idim. Heç kim bizə heç nə demədi. Evə gəldim uşaqlarım dedi ki, 8 şəhid vermişik. Mən Azərbaycan xalqından üzr istəyirəm. O qədər qansız deyiləm ki, şəhid verdiyimiz halda televiziyaya çıxıb qol açıb oynayım.  Hər zaman vətən mövzularında həssas olmuşam, əsgərlərimiz üçün təşkil edilən tədbirlərdə canla-başla iştirak etmişəm. Səmimiyyətimə inanın, mənim xəbərim olmayıb."

Könül