Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub? - Rəsmi açıqlama

zakir-qaralovun-olkeden-cixisina-qadaga-qoyulub
Oxunma sayı: 8397

Baş Prokurorluq Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib.

"Qafqazinfo"nun sorğusuna cavabda qeyd olunub ki, sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən təsdiq edilmir.

Xatırladaq ki, ötən gün bir sıra media orqanlarında Z.Qaralovun Almaniyaya getmək istəməsi, lakin onun ölkədən çıxışına qadağa qoyulduğu yayılmışdı.