Zelenski Ali Radadakı nümayəndəsini istefaya göndərdi

zelenski-ali-radadaki-numayendesini-istefaya-gonderdi
Oxunma sayı: 1675

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radadakı nümayəndəsi, deputat Fedor Venislavskini istefaya göndərib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Ukrayna KİV yazır ki, Venislavski son zamanlar öz açıqlamaları ilə gündəmə gəlib. Belə ki, o Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy barəsində ittihamlar səsləndirən deputat Mariyana Bezuqlayanı kəskin tənqid edib. O, eləcə də orduya çağırış vərəqələrini elektron poçt vasitəsilə göndərmək ideyasını irəli sürüb.