Türkiyədə axtarış-xilasetmə işləri zamanı daha bir maraqlı hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Kahramanmaraşda baş verən dağıdıcı zəlzələdən sonra Almaniya axtarış-xilasetmə qrupu dəstək olmaq üçün Türkiyəyə gəlib.
Əməliyyat çərçivəsində alman xilasedicilərdən biri dağıntılar altında qalan qadını türkcə sakitləşdirməyə çalışıb.
O, “Zeynəb xanım, Daniel buradadır, qorxma...” deyərək öyrəndiyi bir neçə türkcə kəlmə ilə zərərçəkəni sakitləşdirməyə çalışıb.
Son xəbərlər
Son Xəbərlər